“Təqdirə layiq haldır ki, bu gün Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsilin əhatəliyinin artırılması istiqamətində ciddi addımlar atır. Lakin bu istiqamətdə bir sıra əngəllər var”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Samir Vəliyev bildirib.
“Heç kimə sirr deyil ki, Bakı şəhərində və eləcə də Respublikamızın ayrı-ayrı bölgələrində yüzlərlə, “Körpələr evi-uşaq bağçası” fəaliyyət göstərir. Lakin onların böyük bir qisminin xüsusi razılıq-lisenziyası olmadığı üçün onlar müxtəlif adlar altında (məsələn, tədris mərkəzi, təhsil mərkəzi, kurs və.s) faktiki olaraq “Körpələr evi-uşaq bağçası”nın funksiyasını həyata keçirirlər. Bu isə öz növbəsində orada təhsil və təlim – tərbiyə alan minlərlə uşağın məktəbəqədəri bitirməsini özündə əks etdirən real statistikaya daxil olmaması deməkdir. Bu növ fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən “Körpələr evi – uşaq bağçası” kimi lisenziyalaşdırması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı imkan vermir. Həmin qərarda nəzərdə tutulan ,,məktəbəqədər təhsil müəssisələrinin tikintisi’’nə dari olan hissəsinə yenidən baxılmasını vacib hesab edirik”, - S.Vəliyev qeyd edib.