İspaniyanın “Real Betis” klubu “Mançester Yunayted”ə məxsus olan vinger Antoni ilə bağlı yeni icarə razılaşması əldə etməyə çalışır.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən yaydığı məlumata görə, “Betis” braziliyalı ilə olan icarə müddətini daha bir mövsüm uzatmağı təklif edib və müqaviləyə futbolçunun 41 milyon avroya transfer olunmasını nəzərdə tutan satınalma bəndi də əlavə edib.
Qeyd edək ki, Antoni geridə qalan mövsümdə yüksək səviyyədə çıxış edərək “Betis”in avrokuboklarda uğur qazanmasına böyük töhfə verib. İspaniya təmsilçisi UEFA Konfrans Liqasının finalına qədər irəliləyib, lakin həlledici qarşılaşmada “Çelsi”yə məğlub olub.
25 yaşlı futbolçu ötən mövsüm “Betis”in heyətində 40 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. “Mançester Yunayted”də isə o, 14 oyunda yalnız 1 dəfə fərqlənə bilib.