AZ

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Günü münasibətilə mərakeşli pianoçunun konserti keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Günümünasibətilə mərakeşli pianoçunun konserti keçirilib.

Trend xəbər verir ki,Skarllatidan Benabdejalilə qədər uzanan proqram çərçivəsindəklassik musiqiyə həvəs göstərən Azərbaycanlı və beynəlxalqtamaşaçılar XVII–XXI əsrləri əhatə edən klassik musiqi irsinin, ocümlədən Azərbaycanlı və Mərakeşli bəstəkarların nümunəviəsərlərini yenidən və ya ilk dəfə kəşf etmək imkanı qazandılar.

Konsert Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Gününə həsrolunaraq Bakının nüfuzlu Beynəlxalq Muğam Mərkəzində təşkil olundu.Bu musiqi gecəsi, eyni zamanda, sivilizasiyalararası dialoquntəşəkkülündə mühüm rol oynamış, bu sahədə fədakarlıqla çalışmış vəzəngin tarixi ilə seçilən Mərakeş Krallığının mövqeyini bir daha önplana çıxarmağa imkan etdi.

Unikal Mərakeş kimliyinin beşiyi olan bu ölkə, əsrlər boyuAmazix, Finikiya, Roma, Afrika, Şərq, Aralıq dənizi və Avropasivilizasiyalarının qovuşma nöqtəsi olaraq mədəniyyətlərinsinerjiyə və qarşılıqlı bənzərsizlik modeli formalaşdırmışdır.

Mərakeşin Azərbaycandakı səfiri cənab Adil Embarch çıxışı zamanıbu Günün əhəmiyyətini vurğulayaraq, Qüdsahəzrət Kralın – Ulu Tanrıönündə bu dəyərlərin müdafiəsi üçün Mərakeş Krallığınınmədəniyyətləri və dinlərarası qarşılıqlı anlaşmanın təşviqinə vəsivilizasiyalar arasında sülhə sadiq qaldığını bildirdi. Səfirçıxışında, Mədəniyyətlərarası Sivilizasiyalar üzrə BeynəlxalqMərkəzin yaradılması təşəbbüsünün önəmini vurğuladı.

Səfir, həmçinin, Mərakeş musiqisinin zənginliyini və dərinliyinivə özünəməxsusluğunu vurğulayaraq bu musiqinin milli kimliyimizi,tarixi mirasımızı, klassiklərimizi və ənənəvi musiqimizibirləşdirən çoxsaylı ünsürləri özündə cəmlədiyini qeyd etdi.

Bakı səhnəsində təqdim olunan bu konsert proqramı, Azərbaycanilə Mərakeş arasında mövcud olan mədəni əlaqələrin inkişafına töhfəverən, eyni zamanda Mərakeş Krallığı ilə Azərbaycan Respublikasıarasında musiqi mübadilələrinin və dostluq münasibətlərinin daha damöhkəmlənməsinə xidmət edir.

Tədbirdə Azərbaycan rəsmiləri, Milli Məclisin üzvləri,diplomatik korpusun nümayəndələri, eləcə də mədəniyyət və mediasahəsinin tanınmış simaları iştirak ediblər.

Kenitra şəhərində anadan olmuş Mahmoud El Moussaoui Mərakeşklassik musiqi səhnəsinin gənc nümayəndələrindən biridir. O, musiqitəhsilinə doğma şəhərinin konservatoriyasında başlamış, daha sonraFransada ali və peşəkar musiqi təhsilini davam ediblər.

Bakıda
Bakıda
Seçilən
108
1
az.trend.az

2Mənbələr