Bakı, 11 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 10-u və 11-də növbəti hərraclar təşkil edilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi və 8 nəqliyyat vasitəsi satılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, növbəti hərraclarda “Azinterservis” ASC-nin 30 faizlik səhm paketi 133 min 167 manata özəlləşdirilib.
Bununla yanaşı, start qiyməti 21 min manat olan “Toyota Land-Cruiser-Prado” markalı avtomobil 22 min 500 manata, 7800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 8500 manata satılıb.
Cari ay ərzində növbəti hərraclar iyunun 18-i və 24-də keçiriləcək.