AZ

Tramp: "Çin ilə razılaşdıq"

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sahibi olduğu "Truth Social" sosial şəbəkəsində ABŞ ilə Çinin nümayəndələrinin ticarət müqaviləsinin parametrlərini razılaşdırdıqlarını, artıq sazişin iki ölkə liderləri səviyyəsində imzalanma mərhələsinə qədəm qoymaq vaxtının çatdığını yazıb.

Tramp bildirib: "Çin ilə müqaviləmiz hazırdır, yekun olaraq ÇXR sədri Si Cinpinlə mənim təsdiqləməyimiz qalır. Biz Çinə və kollec və universitetlərimizdə oxuyan çinli tələbələrə (bunu həmişə təqdir eləmişəm!) razılaşdığımız məsələlərdə töhfə verəcəyik. Biz ümumilikdə 55%, Çin isə 10% tarif alacaq". 

Tramp qeyd edib ki, sənəd Çindən nadir metalların tədarükü məsələsini həll etmək imkanı verəcək.

Hürr Tərcüman

Seçilən
26
hurriyyet.az

1Mənbələr