Rusiya Səhiyyə nazirliyi məktəblilər arasında piylənmənin artması barədə həyəcan təbili çalıb.
“Medicina” xəbər verir ki, Rusiya Səhiyyə naziri Mixail Muraşko Dövlət Dumasında hökumət saatı zamanı bildirib.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 480 min rusiyalı məktəbli piylənmədən əziyyət çəkir. Üstəlik, xəstəliklərin artmasının səbəbləri arasında birincisi oturaq həyat tərzi və bədən tərbiyəsi və idmana marağın olmaması, pis qidalanmadır.
“Uşaqlar arasında piylənmə hallarının 1,6 dəfə artması narahatlıq doğurur”, - deyə nazir bildirib.Nazir onu da vurğulayıb ki, son on ildə sağlam uşaqların xüsusi çəkisi dəyişməyib - birinci və ikinci sağlamlıq qrupları 83 faiz təşkil edir.
Aygün M