AZ

Tramp uşaqlarını necə tərbiyə edir? – SƏBƏBİNİ AÇIQLADI

ABŞ prezidenti Donald Tramp övladlarının tərbiyəsi ilə bağlı prinsiplərini bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “New York Post” qəzetinin “Pod Force One” podkastında bildirib.

Onun sözlərinə görə, o, həmişə uşaqlarına narkotiklərdən, siqaretdən və spirtli içkilərdən uzaq durmağı qəti şəkildə təlqin edib.

“Heç bir narkotik, heç bir siqaret, heç bir spirtli içki. Bura bir də “heç bir döymə”ni əlavə edərdim, amma bu qədər sərt deyil, çünki bir çox insanın döyməsi var. Amma əgər ondan qaçmaq mümkündürsə, daha yaxşı olar,” – deyə o, əlavə edib.

Tramp eyni zamanda övladlarının gələcəkdə siyasətlə məşğul olub-olmayacağı barədə suala cavab verməkdən yayınıb:

“Hər bir valideyn öz uşağını xüsusi hesab edir. Mənim bütün övladlarım yaxşı təhsil alıb, çox çalışır və insanlara yaxşı münasibət göstərirlər,” – deyə Ağ Evin sahibi vurğulayıb.

Xatırladaq ki, Donald Trampın üç nikahdan beş övladı var: Donald, Erik, Barron (hazırkı həyat yoldaşı Melaniya Trampdan olan oğlu), eləcə də qızları İvanka və Tiffani. Bundan əlavə, Trampın 11 nəvəsi var.


Bizim.Media 

Seçilən
37
bizim.media

1Mənbələr