Bakı. Trend:
Almaniyanın "Bayer" komandası PSJ-nin müdafiəçisi Aleks Teyp iləmüqavilə imzaladığını açıqlayıb .
Trend Bundesliqa klubununsaytına istinadən xəbər verir ki, 17 yaşlı fransalı futbolçu azadagent kimi Leverkuzen təmsilçisinə keçib.
Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. OyunçuPSJ-nin heyətində üç matç keçirib.
Qeyd edək ki, "Bayer" Almaniya çempionatını ikinci pillədə başavurub.