AZ

Rusiya XİN Ermənistanı tarixi yaddaş mövzusunu siyasi məqsədlər üçün istifadə etməməyə çağırıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 11 iyun, AZƏRTAC

Moskva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının haqlı narahatlığından xəbərdardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, həmin missiyanın əməkdaşları qonşu ölkələr barədə məlumat toplayır, lakin bu barədə İrəvana hesabat təqdim etmir və bölgədə vəziyyətin sabitləşməsinə heç bir töhfə vermirlər.

Brifinq zamanı erməni jurnalist tərəfindən Qarabağda azərbaycanlıların guya İkinci Dünya müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələri yenidən sökməsi ilə bağlı məsələ gündəmə gətirilib. Mariya Zaxarova bildirib ki, bu sualın hansı kontekstdə və hansı məqsədlə verildiyini yaxşı anlayır. Rusiya XİN rəsmisi əlavə edib ki, bu kimi ittihamlar daim eyni mənbələrdən gəlir və artıq mümkün olan bütün hədləri aşır. “Xahiş edirəm, belə etməyin. Biz sizinlə çox yaxşı bilirik ki, niyə və hansı kontekstdə bu mövzunu qaldırırsınız”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Bununla yanaşı, o xatırladıb ki, erməni jurnalistlər və diaspora nümayəndələri digər ölkələrdə erməniəsilli sovet əsgərlərinə aid abidələrin dağıdılması və ya təhqir olunması halları ilə bağlı indiyə qədər heç vaxt açıq şəkildə etiraz etməyiblər, baxmayaraq ki, belə hallar sənədləşdirilib.

Zaxarova təəssüflə qeyd edib ki, müharibədə həlak olanların xatirəsinə münasibət selektiv xarakter daşıyır və bu mövzudan siyasi təzyiq aləti kimi istifadə olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
4
azertag.az

5Mənbələr