ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Masallı rayonu, İsgəndərli kəndində baş vermiş dəhşətli qəza anbaan avtomobilin kamerasına yansıyıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı maşın, sağ tərəfdən gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Kadrdan da aydın görünür ki, “VAZ-2106” markalı avtomobil işıqforun qırmızı işığında dayanmır və yüksək sürətlə hərəkət edir. Nəticədə o, ara yoldan çıxan maşına çırpılır. Zərbənin təsirindən “VAZ-2106” markalı maşın ayırıcı maneəyə dəyərək aşır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, hadisə zamanı ciddi xəsarət halı baş verməsə də hər iki nəqliyyat vasitəsi sıradan çıxıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.