AZ

"102"yə yalan məlumat verən şəxsə 5 il cəza: "Günü 2 manata kirayə qalırdım"

Metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən otellərdən birinə bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilsə də, araşdırma zamanı xəbərin yalan olduğu müəyyənləşdirilib.

Hurriyyet.az xəbər verir ki, həmin zəngi edən şəxs - Cəmaləddin Cəfərov bu hərəkətinə görə 5 il azadlıqdan məhrum edilib. İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinib.

Prokuror isə onun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmədə ifadəsində Cəmaləddin Cəfərov bildirib ki, özünü təqsirli bilir və əməlindən peşmandır: "Günü iki manata kirayə qalırdım. Maddi imkanım çox zəif idi. Hadisə günü içkili olmuşam. Bacım bu yaxınlarda vəfat edib. Ondan sonra özümdə olmurdum, içirdim".

Bizimyol.info

Seçilən
45
1
hurriyyet.az

2Mənbələr