AZ

Naxçıvanda II karyera sərgisi açılıb FOTOLAR

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan şəhərində II karyera sərgisi keçirilir. SİA-nın məlumatına görə, 28-i dövlət, 14-ü özəl müəssisə olmaqla, ümumilikdə 42 təşkilat sərgiyə vakant vəzifə çıxarıb.

Qeyd olunub ki, iki gün davam edəcək sərgiyə 5 mindən çox tələbə və məzun olmaqla, ümumilikdə, 7 min iştirakçının qatılacağı gözlənilir.

Onlar müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Sərgi müddətində Bakıdan dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək.

Bildirilib ki, ötən il keçirilən I karyera sərgisində təqdim olunan şəxsi məlumatlar əsasında artıq 100-ə yaxın şəxs işlə təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
sia.az

4Mənbələr