Bakı, 11 iyun, AZƏRTAC
Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan millisinin idmançısı Abbasqulu Şadlinski yarışı qızıl medalla başa vurub.
75 kiloqram çəkidə mübarizə aparan boksçu finalda serbiyalı rəqibinə qalib gəlib.