AZ

Rusiya 1212 hərbçinin meyitini Ukraynaya təhvil verdi


Müharibədə həlak olmuş 1212 hərbçinin meyiti Ukraynaya qaytarılıb. Onların arasında Ukraynanın şərqində və cənubunda, eləcə də Kursk vilayətində vuruşmuş döyüşçülər var.

Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının məlumatına görə, qaytarılanlar arasında Kursk, Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində həlak olanlar da var.

Əvvəlcə əsgərlərin meyitləri hüquq-mühafizə orqanlarının nümayəndələrinə və ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil veriləcək.

Xatırladaq ki, iyunun 2-də İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya irimiqyaslı məhbus mübadiləsi haqqında razılığa gəliblər. Bu kateqoriyaya bütün ağır yaralı və xəstə hərbi əsirlərin, eləcə də 18-25 yaş arası hərbi qulluqçuların mübadiləsi daxildir.

ZÜMRÜD

Seçilən
12
2
baki-xeber.com

4Mənbələr