Bakı. Trend:
"Nürnberq"dən ayrılan Mahir Emreli karyerasını İngiltərədə davametdirə bilər.
Trend xəbərverir ki, "Hall Siti" azərbaycanlı futbolçunu heyətinə qatmaqistəyir.
Çempionşip təmsilçisi hazırda azad agent statusunda olan 28yaşlı forvardla müqavilə imzalamağa çalışır.
"Hall Siti"nin baş məşqçisi postuna Sergey Yakiroviç təyinolunub. Mahir Zaqreb "Dinamo"sunda bosniya və herseqovinalımütəxəssisin rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, Mahir Emreli ötən mövsüm "Nürnberq"in heyətindəmeydana çıxdığı 25 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə iləyadda qalıb.