AZ

Milan ın sabiq futbolçusu İtaliya millisinə başçılıq edə bilər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Milan"ın sabiq futbolçusu Cennaro Qattuzo İtaliya millisinin yeni baş məşqçisi ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə İnsayder Canluka Di Martsio məlumat yayıb.

Onun sözlərinə görə, İtaliya Futbol Federasiyası əvvəlcə vakant vəzifəyə Klaudio Ranyeri və ya Stefano Piolini dəvət etməyi planlaşdırırdı. Lakin hər iki mütəxəssis bu təklifi rədd edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İndi əsas namizəd 47 yaşlı Qattuzodur.

Xatırladaq ki, iyunun 8-də Luçano Spaletti İtaliya millisindən ayrıldığını açıqlayıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq futbolçusunun son iş yeri Xorvatiyanın "Hayduk" klubu olub. Qattuzo bu komandadan iyunun əvvəlində ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
oxu.az

2Mənbələr