Azərbaycan və Özbəkistanın Baş nazirləri Daşkənddə Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
Baş nazirlər Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Mətbuat.az-a, Nazirlər Kabinetindən verilən məlumata əsasən, Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistanın Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər. Bildirilib ki, Baş nazirlər barelyefin önünə gül dəstələri qoyublar, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. 
