Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan ölkənin Tətbiqi Siyasət Tədqiqat İnstitutunda keçirilən forumdaçıxışıəsnasında dilə gətirib. O diqqətə çatdırıb ki, bu təklifi Hindistan parlamentinin yuxarı palatasının sədri Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə müzakirədə irəli sürüb.
"Düzünü desəm, belə bir təklifi gözləmirdim. Bu sayda tələbənin qəbulundan ötrü infrastrukturumuz yoxdur. Hindistanla əməkdaşlıq aparmaq məqsədilə lazımi şərait yaratmalıyıq",- o deyib.
Vitse-spikerin sözlərinə görə, Ermənistanda təhsil potensialının artırılması üçün "Akademik Şəhərin" yaradılması mühüm addımdır.
"Hindistanlı tələbələr məhz ölkəmizdə təhsil almağa həvəs göstərirlər. HazırdaErmənistanda 3 minə yaxın hindistanlı tələbəvar. Müvafiq imkanlar yaradılarsa, bu sayın 30, hətta60 minədək artırılmasımümkündür. "Akademik Şəhər" layihəsi həyata keçiriləndə bu imkanlar üzə çıxacaq", - Arşakyan vurğulayıb.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta