Türkiyə İndoneziyaya “Kaan” milli döyüş təyyarəsi satacaq.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" hesabında məlumat paylaşılıb.
O qeyd edib ki, 48 ədəd döyüş təyyarəsi istehsal edilərək İndoneziyaya göndəriləcək.
Anlaşmanın məbləği açıqlanmayıb.