AZ

Elm və Texnologiya Mübadiləsi üzrə 2 ci “Bir kəmər, bir yol” konfrans

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, bir yol” konfransında iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən konfrans “İnnovasiya üçün birlikdə, hərkəs üçün inkişaf – Bir kəmər, bir yol üçün elm və texnologiya innovasiya birliyinin birgə qurulması” mövzusuna həsr edilib.

Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
15
azertag.az

10Mənbələr