AZ

Qırğızıstanlı nazir müavini: Cəmiyyətin dəyişən dinamikası ailə münasibətlərinə yeni çağırışlar yaradır

Bakı, 11 iyun, AZƏRTAC

Qırğızıstanda ailənin rifahı və dayanıqlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Biz sosial müdafiə sistemimizi ailələri dəstəkləməyə yönəlik daha çevik və əhatəli şəkildə inkişaf etdiririk. Xüsusilə gənc ailələrin sosial-iqtisadi sabitliyini təmin etmək və uşaq rifahını artırmaq əsas hədəflərimizdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Janakova Kyial Bairyşev Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə deyib.

Qeyd edib ki, texnologiya və cəmiyyətin dəyişən dinamikası ailə münasibətlərinə yeni çağırışlar yaradır. Bu səbəbdən biz həmin çağırışlara uyğun sosial və psixoloji dəstək mexanizmləri qurmağa çalışırıq.

“Bu gün iclasda paylaşdığımız təcrübə və fikir mübadilələri ortaq gələcəyimiz üçün çox dəyərlidir. İnanıram ki, bu əməkdaşlıq ailə institutunun qorunmasına böyük töhfə verəcək”, - deyə o əlavə edib.

Seçilən
72
1
azertag.az

2Mənbələr