AZ

Azərbaycanda xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir

Gəncədə xəstəxanada oksigen balonu yanıb.

 

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

 

Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

 

Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

 

Əlavə məlumat veriləcək.

Seçilən
62
26
sfera.az

10Mənbələr