AZ

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +23 dərəcəyədək, gündüz +27 dərəcədən +32 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
21
olaylar.az

10Mənbələr