AZ

İran: “Sıfır zənginləşdirmə” tələbi qəbulolunmazdır – ÖZƏL

İran və ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan dolayı danışıqların altıncı raundu 15 iyun bazar günü Maskatda baş tutacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Əvvəlki beş raund Maskat və Romada keçirilib. Altıncı raundun ən çətin və həssas mərhələ olacağı gözlənilir. Çünki ABŞ nümayəndə heyəti İranda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasında israr edir, Tehran isə bu məsələdə güzəştə getmək niyyətində deyil.

İranın danışıqlar heyətinin üzvü Məcid Taxt-Rəvənçi IRNA-ya bildirib ki, danışıqlarda "dalana dirənmə" yoxdur və bu kimi beynəlxalq proseslərdə zaman və səbir tələb olunur. Onun sözlərinə görə, ABŞ-nin yazılı təklifinə cavab hazırlanır və yaxın günlərdə Oman tərəfinə təqdim olunacaq.

Məcid Taxt-Rəvənçi qeyd edib ki, ABŞ nümayəndəsi Stiv Vitkoffun zənginləşdirmə ilə bağlı mövqeyində ziddiyyətlər var və bu, danışıqları çətinləşdirir. İran tərəfi isə "sıfır zənginləşdirmə" tələbini qətiyyətlə qəbul etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
107
olaylar.az

1Mənbələr