AZ

Tramp: Los Ancelesi azad edəcəyik

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp miqrantlarla bağlı tədbirlərin bir hissəsi olaraq Los-Anceles və Kaliforniyaya qoşun yeritmək qərarını müdafiə edib.

Teleqraf xəbər verir ki, o, Los-Ancelesi qanunsuz miqrantlardan azad edəcəklərini bildirib.

D.Tramp Şimali Karolina ştatının Fort Braqq şəhərindəki hərbi bazada bir qrup əsgərlə görüşündə deyib: “Kaliforniyada şahid olduğunuz şey xarici bayraqları dalğalandıran iğtişaşçılar tərəfindən həyata keçirilən sülh, ictimai asayiş və milli suverenliyə qarşı hərtərəfli bir hücumdur. Amma biz Los-Ancelesi azad edəcəyik”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Şəhərdə etirazlar iyunun 6-da miqrantlara qarşı reydlərə görə başlayıb. Bu, Ağ Evlə Kaliforniya administrasiyası arasında siyasi böhrana səbəb olub.

Etirazlar iğtişaşlara çevrildikdən sonra ABŞ Prezidentinin əmri ilə Los-Ancelesdə 1700-ə yaxın Milli Qvardiya hərbçisi yerləşdirilib. Ardınca ABŞ Müdafiə Nazirliyi şəhərə təxminən 700 dəniz piyadasıçısı yerləşdirildiyini açıqlayıb.

Los-Anceles meri Karen Bass dünən axşam şəhərin mərkəzində komendant saatı elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
2
sherg.az

3Mənbələr