AZ

Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymətləri indeksi aylıq ifadədə azalıb

Bakı. Trend:

Bu ilin aprel ayı üzrə Azərbaycanda nəqliyyat və anbartəsərrüfatı xidmətlərinin qiymət indeksində müəyyən dəyişikliklərmüşahidə olunub.

TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə aprelayında nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymət indeksiəvvəlki aya nisbətən 2,5 faiz bəndi azalaraq 97,5 faiz təşkiledib.

Sözügedən sektor üzrə qiymət indeksi ötən ilin aprel ayı iləmüqayisədə isə 0,2 faiz bəndi artaraq, 100,2 faizə bərabərolub.

Hesabat ayında poçt və kuryer xidmətlərində qiymət indeksi aylıqifadədə 0,6 faiz bəndi artaraq, 100,6 faiz, illik müqayisədə isə3,5% artaraq 103,5 faiz təşkil edib.

Rabitə xidmətlərində isə indeks sabit olaraq 100% səviyyəsindəqalıb.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr