ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bu gün səhər saatlarında Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində qeydə alınıb.
"Hadisə 20-DN-468 dövlət nömrə nişanlı "Great Wall Haval" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib. Şəbnəm Firudin qızı Hüseynovanın idarə etdiyi avtomobildə üç nəfər olub. Onlardan bir nəfər hadisə yerində həyatını itirib, bir azyaşlı isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Əzizə İsmayılova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.