AZ

Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 34 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 21 yeni domen verilib.

“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 103 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 26,4 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.

Seçilən
55
report.az

1Mənbələr