AZ

Venesuela Kirşnerə qarşı hökmü məhkəmə çevrilişi adlandırıb

Venesuela Argentina Ali Məhkəməsinin respublikanın keçmiş prezidenti Kristina Kirşnerin həbsinə dair qərarını pisləyib...

Poliqon xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pintonun dərc etdiyi bəyanatda deyilir.

"Bu qeyri-qanuni qərar milyonlarla argentinalının siyasi və emosional ürəyi olan şəxsi aradan götürmək məqsədi daşıyır", deyə bəyanatda bildirilir.

Bundan əvvəl məlum olub ki, Argentina Ali Məhkəməsi Kirşnerə qarşı hökmü qüvvədə saxlayıb. 2022-ci ildə Kirşner korrupsiya işinə görə 6 il həbs cəzasına məhkum edilib. Prokuror Dieqo Luçiani bu işi ölkə tarixində "ən böyük korrupsiya manevri" adlandırıb. O, həmçinin bütün müttəhimlərə ömürlük dövlət vəzifələrində işləmək qadağan edilməsini və 1 milyard dolların müsadirə olunmasını istəyib.

Poliqon.info

Seçilən
59
4
poliqon.info

6Mənbələr