AZ

Hovuz və dəniz mövsümü açıldı,mütəxəssis xəbərdarlıq etdi


Yay aylarında hovuz və dəniz fəaliyyətlərinin artması ehtiyatsızlıqdan ciddi onurğa zədələrinə səbəb ola bilər. Türkiyəli beyin, sinir və onurğa cərrahı op. dr. İdris Avcı, xüsusilə dayaz suda dalışın həyati risk daşıdığını ifadə edib.

Medicina.az xəbər verir ki, dr. Avcı bildirib ki, dayaz su bədənə qəfil müqavimət göstərərək onurğada yüksək təzyiq yaradır:

"Bu, boyun və bel sınıqları kimi ciddi zədələrlə nəticələnə bilər. Belə qəzalar daimi əlilliyə, o cümlədən iflicə səbəb ola bilər.

Təkcə dayaz suda deyil, qayalıq ərazilərdə diqqətsiz dalış da onurğa zədələrini artırır. Suya girməzdən əvvəl dərinlik yoxlanılmalı və təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir".

Həkim gənclərin riskli davranışlara ən çox meylli olduğunu söyləyib. Bildirib ki, gənclərin macəra axtarışı və enerjili təbiəti belə qəzalara yol açır. Uşaqların ətraf mühitin təhlükələrini dərk edə bilməməsi və nəzarətsiz qalması sınıq riskini artırır. Orta yaşlı və yaşlı insanlarda sümük quruluşunun zəifliyi səbəbindən sağalma prosesi daha çətin olur.

Boyun və bel sınıqlarının müalicəsində zədənin şiddətinə görə cərrahi və ya cərrahi olmayan üsullar tətbiq edilir.

Müalicə prosesində fizioterapiya və reabilitasiyanın əhəmiyyətli rol oynadığını deyən Avcı, uzun müddət sağalma üçün əzələlərin güclənməsi və hərəkətliliyin əldə edilməsinin kritik olduğunu bildirib. Ciddi travma keçirmiş xəstələrə də psixoloji dəstək tövsiyə olunur.

Aygün
Medicina.az



Seçilən
39
1
medicina.az

2Mənbələr