AZ

“Liverpul” Virtsin transferini tamamladı

Yarımmüdafiəçi Floryan Virts “Bayer Leverkuzen”dən “Liverpul”a keçib.

Publika.az xəbər verir ki, transfer qiyməti 150 milyon avro təşkil edib. Bu barədə "X" sosial şəbəkəsində insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçu hazırda tibbi müayinədən keçməyə və müqavilə imzalamağa hazırlaşır.

Ötən mövsüm Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” portalı Floryanın bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.

Seçilən
31
publika.az

1Mənbələr