ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Nojan-sür-Mar şəhərində şagirdin məktəb işçisinə bıçaqla hücum çəkdiyi faciəli hadisəni şərh edərkən belə deyib. Makronun sözlərinə görə, Aİ bir neçə ay ərzində müvafiq qərar qəbul etməlidir. - Əks halda biz bunu Fransada edəcəyik. Biz gözləyə bilmərik”, - Makron qeyd edib. Xatırladaq ki, iyunun 10-da səhər saatlarında Nojan-sür-Mar şəhərində 14 yaşlı şagird məktəbin girişində çanta yoxlaması zamanı məktəbin qadın əməkdaşına bıçaqla hücum edib. Qadın bir neçə saat sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Yeniyetmə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Polis əməkdaşlarından biri yüngül bıçaq xəsarətləri alıb. Hücumun motivi barədə məlumat verilmir. Hələ 2024-cü ilin oktyabrında Norveçin baş naziri Yonas Qar Störe 15 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadəni məhdudlaşdırmaq planlarını açıqlamışdı. Siyasətçi bu addımın “çətin mübarizə” olacağını, lakin “uşaqların sosial mediadakı zərərli məzmundan qorunması” zərurətini vurğulayıb. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>