AZ

Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində Türk Dövlətləri Ticarət və İnvestisiyaƏməkdaşlıq Forumu və Sərgisi - 2-ci Türk Ticarət Sərgisikeçirilir.

Trend xəbər verir ki, tədbir Türk dövlətləri arasında ticarət,investisiya və texnologiya sahələrində əməkdaşlığıngücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və satışimkanlarının genişləndirilməsi yolu ilə bizneslərin inkişafınadəstək göstərilməsi məqsədilə təşkil olunub. Sərgidə Azərbaycanlayanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan,Türkmənistan, Şimali Kipr Türk Respublikasından olan şirkətlərinməhsul və xidmətləri sərgilənir.

Forum-sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinintərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və KlublarınınAssosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinintəşkilatçılığı ilə keçirilir.

Mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqəsdilə KOBİAsərgidə xüsusi stendlə təmsil olunur. Agentliyin stendində 10-ayaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirənkeramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər,parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenikvasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir.Agentliyin stendində sosial baxımdan həssas kateqoriyaya aidşəxslərin məhsulları da sərgilənir. Məqsəd yerli KOB-larınməhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinəixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulmasıvə genişləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda“Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kəndtəsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrininhəllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsalticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademikistiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasındamedianın gücü” mövzularında panel müzakirələr təşkil olunacaq.Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət,enerji, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və s. sahələrüzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
54
13
az.trend.az

10Mənbələr