Bakı.Trend:
Builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin dahatəsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri,sənətkarlıq nümunələri əsasında ifadəsinə üstünlük verilməsimüşahidə edilir.
Trend xəbərverir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departamentdirektoru Elnur Bağırlı “Qərbi Azərbaycana qayıdış” mövzusunda icraedilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterlibrifinqdə deyib.
“Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğatdaha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi BirləşdirənMədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində“Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolardasəslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarlarıifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycannisgilini çatdıracaq", - o qeyd edib.
E.Bağırlının sözlərinə görə, "Dədə Ələsgər Ocağı" İctimaiBirliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "OzanDünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “AşıqlarQərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri buqəbildəndir:
"Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına vəTəbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycanmövzusunda sərgi təşkil edəcək”.