ABŞ və Çin nümayəndələri Londonda keçirilmiş danışıqlarda ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar. Bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik jurnalistlərə bildirib. SİTAT: “Biz Cenevrə konsensusunun həyata keçirilməsi üçün çərçivə razılaşmalarına nail olduq”.
H. Latnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan ABŞ Prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpinin təsdiqinə təqdim ediləcək.
Mətləb Salahov