İngiltərə yığması yoldaşlıq qarşılaşmasında Seneqalla üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, hesabı Harri Keyn açsa da, Afrika ölkəsi daha sonra 3 qol vuraraq matçdan qələbə ilə ayrılıb - 3:1.

Onlara qələbə gətirən qolları Pap Quye, Həbib Diarra və Şeyx Sabali vurub.

İngiltərə milli komandası tarixində ilk dəfə bir Afrika ölkəsinə məğlub olub.

Seneqalın məğlubiyyətsizlik seriyası isə 24 oyuna çatıb.