Kaliforniya qubernatoru Qevin Nyusom açıq şəkildə prezident Donald Tramp əleyhinə fəaliyyətə başlayıb. Belə ki, bu qubernator Los-Ancelesdəki etirazlar fonunda ABŞ vətəndaşlarını Prezident Donald Trampa və onun siyasətinə qarşı durmağa çağırıb. CNBC telekanalına müsahibəsində o qeyd edib ki, Tramp amerikalıların “susmasını” istəyir. Q. Nyusom qeyd edib ki, Kaliforniya Trampın yolunda duran ilk ştat ola bilər, lakin hər şey bununla bitməyəcək. “Ona təslim olmayın. Digər ştatlar növbətidir. Demokratiya növbətidir. Demokratiya gözlərimiz qarşısında hücuma məruz qalır. Qorxduğumuz an gəlib çatdı”, – Nyusom vurğulayıb.
Mətləb Salahov