AZ

Daha yaxşı oynaya bilərik Emin Mahmudov

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli komandamızın kapitanı Emin Mahmudov Macarıstana qarşı keçirilən yoxlama oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Məğlubiyyətə nə səbəb oldu?

- Macarıstan səviyyəli komandadır. Oyunumuz bir qədər alınmadı. İstəyirdik daha çox hücum edək. İmkanlarımız da oldu, lakin dəyərləndirə bilmədik. Əslində, daha yaxşı oynaya bilərdik. Ümumi götürdükdə Macarıstan qələbəyə layiq idi.

- Demək olar ki, iki komanda arasında səviyyə fərqi hiss olunurdu?

- Təəssüf ki, bizdə Dominik Soboslai kimi kimi futbolçu yoxdur. Yerindən 50 metrlik ötürmə verirdi. Ona görə işimiz bir qədər çətin idi. Dayanmaq olmaz, daha çox işləmək lazımdır.

- Macarıstan aşağı-yuxarı DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərimiz olan İslandiya və Ukrayna ilə eyni səviyyədə komandadır. Evdə macarlara qarşı heç nə edə bilmiriksə, rəsmi oyunlarda ümid nəyədir?

- Deməzdim ki, tam heç nə edə bilmirik. Şanslarımız var idi. Son dəqiqələrdə heç-heçə ola bilərdi. İkinci qolu vurmaq üçün fürsətlər vardı. Çalışacağıq ki, gələcəkdə daha yaxşı çıxış edək.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

- Oyun ərzində millimiz qapıya 8, rəqib isə 25 zərbə endirib...

- Komandalar arasında fərq var, əlbəttə. Dediyim kimi, daha yaxşı oynaya bilərik.

- Milli 1 ildir qələbə qazana bilmir. Uğursuzluğa nə vaxt son qoyulacaq?

- Vəziyyəti başa düşürük. Azarkeşlərimiz də məyusdur. Çox heyif belə alınır. Biz də istəyirik ki, tezliklə vəziyyəti yaxşıya doğru dəyişək.

- Matçdan əvvəl belə xəbər yayılmışdı ki, millimiz uduzsa, Fernandu Santuş istefaya göndəriləcək. Portuqaliyalı oyundan sonra sizinlə sağollaşmadı?

- Bu barədə məlumatsızam. Xeyr, Santuş oyundan sonra bu barədə heç nə demədi. Baş məşqçi ilə bağlı məsələlər bizim işimiz deyil. Bizim işimiz meydana çıxmaq, Azərbaycanın adı üçün mübarizə aparmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
4
qol.az

5Mənbələr