BAKI, 11 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə erməni kilsəsinin xadimlərinin subaylıq andlarını pozması barədə açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Müqəddəs Eçmiədzin Kilsəsi aydınlıq gətirsin: Erməni Apostol Kilsəsinin qanunlarına görə, subay din xadiminin subaylıq əhdini pozduğu və subaylıq andı içdikdən sonra övlad sahibi olduğu üzə çıxanda nə baş verir?”, - N.Paşinyan bildirib.