AZ

Britaniya israilli nazirləri sanksiya ilə VURDU

Böyük Britaniya İordan çayının qərb sahilində fələstinli icmalara qarşı təkrar zorakılığa çağırışlar etdiklərinə görə İsrail hökumətində təmsil olunan iki sağçı nazirə sanksiya tətbiq edib.

Publika.az BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin açıqlamasına əsasən, İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə daxil olmasına qadağa qoyulub və Böyük Britaniyadakı bütün maliyyə aktivləri dondurulub. Devid Lemmi bildirib ki, hər iki nazir ekstremist zorakılığa və fələstinlilərin insan hüquqlarının ciddi şəkildə pozulmasına təhrik ediblər.

İsrail hökuməti cavab olaraq rəsmilərə və hökumət üzvlərinə qarşı bu cür tədbirlərin görülməsinin qəbuledilməz və təəssüf doğurucu olduğunu bildirib.

Seçilən
72
2
publika.az

3Mənbələr