AZ

ABŞ-ın kəşfiyyat şefindən NÜVƏ XƏBƏRDARLIĞI

Bu gün dünya nüvə məhvinə heç vaxt olmadığı qədər yaxındır."

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard "X" sosial şəbəkəsində bəyan edib.

Milli kəşfiyyat rəhbəri Xirosima şəhərinə səfəri ilə bağlı üç dəqiqəlik video yayımlayıb. Qabbard videoda ABŞ-ın atom bombası hücumunun nəticələrindən danışıb və zərbənin qurbanlarına dair arxiv görüntülərini nümayiş etdirib. O, bu gün nüvə silahlarının əvvəlkindən daha dağıdıcı olduğunu vurğulayıb.

“Bu, qarşılaşdığımız reallıqdır. Bu gün, biz nüvə məhvinin astanasına heç vaxt olmadığı qədər yaxın olduğumuz halda, siyasi elitanın müharibə təhrikçiləri məsuliyyətsizcəsinə nüvə dövlətləri arasında qorxu və gərginliyi artırırlar”, – deyə Qabbard bildirib.

Seçilən
83
2
publika.az

3Mənbələr