AZ

Putin KTMT hərbi birləşmələrinin statusu haqqında protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin statusu haqqında sazişə dəyişikliklərə dair protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib...

Poliqon bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Sənəd Dumanın elektron məlumat bazasında dərc edilib.

“2024-cü il noyabrın 28-də Astanada imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin statusu haqqında 2010-cu il 10 dekabr tarixli Sazişdə dəyişikliklər edilməsi haqqında protokol ratifikasiya edilsin”, sənəddə deyilir.

İzahat qeydində qeyd olunub ki, protokol KTMT ölkələrinin ərazilərində kollektiv təhlükəsizlik sisteminin hərbi birləşmələri və silahlarının müvəqqəti olması üçün hüquqi bazanın təkmilləşdirilməsinə yönəlib.

Poliqon.info 

Seçilən
56
poliqon.info

1Mənbələr