ain.az bildirir, Metbuat portalına istinadən.
Şəxsi həyətində yeni tikili inşa etmək istəyən vətəndaş problemlə üzləşib. Ondan
həmin tikilini sökməsi, yaxud müəyyən qədər pul verməsi tələb olunub. Bu
çətinliklərlə bağlı şəxs sosial media qrupularından birində paylaşım edib. Bəs
hansı hallarda vətəndaş öz həyətində yeni tikili ucalda bilməz?
Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, bütün
tikinti işləri ölkədə Tikinti Məcəlləsi və şəhər planlamasına uyğun aparılır:
“İlk növbədə, vətəndaşın tikinti aparmaq istədiyi torpaq sahəsinə dair
mülkiyyət sənədi, yaxud çıxarışı olmalıdır. Müqavilə əsasında istifadəyə
verilmiş torpaqlarda da tikinti mümkündür, lakin çıxarışın olması mütləqdir. İkinci
mühüm məsələ isə torpağın təyinatıdır. Torpaq yaşayış məntəqələri
kateqoriyasına aid olmalı, yəni yaşayış üçün nəzərdə tutulmuş həyətyanı sahə
kimi qeydiyyatda olmalıdır. Əgər torpaq digər təyinatlıdırsa, orada tikinti
aparmaq qanunsuz hesab olunur”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
E.Azadovun sözlərinə görə, əgər vaxtilə həmin sahədə hər hansı bir tikinti
aparılıbsa və vətəndaş əlavə tikinti etmək istəyirsə, bu zaman qanunvericiliklə
müəyyən olunmuş şərtlərə və qonşuluq münasibətlərinə əməl olunmalıdır:
“Məsələn, tikinti 5 kvadratmetrə qədər və hündürlüyü 2 metrdən aşağıdırsa,
xüsusi icazə tələb olunmur. Lakin tikinti sahəsi və hündürlüyü daha böyükdürsə,
bu zaman həmin tikilinin gələcəkdə çıxarışa düşməsi üçün layihələndirilməsi
zəruridir. Belə hallarda vətəndaş aidiyyəti qurumlara, müvafiq layihə
institutlarına müraciət etməli, onlar isə sənədlərə əsasən layihə hazırlayaraq
təqdim etməlidirlər. Tikinti də həmin layihəyə uyğun şəkildə aparılmalıdır”.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.