AZ

Rihad İbrahimli Avropa çempionu oldu

17 yaşadək güləşçilərdən ibarət Azərbaycan milli komandasının üzvü Rihad İbrahimli Şimali Makedoniyada Avropa çempionu olub.

Arena.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunmuş U-17 Avropa çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşiblər.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

Seçilən
37
14
arena.az

10Mənbələr