AZ

Macarıstan millisinin baş məşqçisi: “Azərbaycan millisindən narazı qalmaq doğru olmaz”

Azərbaycan - Macarıstan matçından (1:2) sonra qonaqların baş məşqçisi Marko Rossinin mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, portuqaliyalı baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Azərbaycan yığmasından gözləntiləriniz nə idi? Sürprizlə qarşılaşdız?

- ⁠Dünən də vurğulamışdım, rəqibə hörmətlə yanaşırdıq. Oyunu diqtə etməyə çalışırdıq. 85-ci dəqiqəyə qədər bunu bacardıq. Son 10 dəqiqədə Azərbaycan millisi üstünlüyə yiyələndi. Azərbaycan yığması üçün gileylənməyə dəyməz. Yaxşı rəqib idilər. Lakin statistika bizim tərəfimizdə idi.

- Buraxdığınız qolu necə dəyərləndirirsiz? Sanki top ələ dəymişdi…

- ⁠Texniki zonadan görünmürdü. Təkrarına baxdıq, ələ dəydiyi göründü. Təəssüf ki, VAR bu gün çalışmırdı.

- Bu gün fərqli sistemlə çıxış etdiz. Nəticədən və oyundan razı qaldız?

- ⁠Yaxşı oynadıq. Kifayət qədər epizod yaratdıq. Oyunun ritmini əlimizdə saxladıq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqədə çaşbaşlıq var idi.

- İki qapıçı ilə çıxış etdiz. Çıxışlarından razı qaldız?

- ⁠Hər ikisi yaxşı, səhvsiz oynadı. Gənc qolkiperi oyuna salmağımız öncədən planlaşdırılan dəyişiklik idi.

- Azərbaycan millisində fərqləndirdiyiniz oyunçu oldu?

- ⁠Mahir Emrelini vurğulamaq istəyərdim. Maraqlı oyunçudur. Təsadüf deyil ki, II Bundesliqada “Nürnberq”də çıxış edir. Həmçinin onun komanda yoldaşlarını da təbrik edirəm. Bu millidən narazı qalmaq doğru olmaz.

Rauf Əliyev: "Qələbə həsrəti futbolçularda inamsızlıq yaradır"

Nigar Mirzəliyeva: "Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq"

AFFA onları da iyrəndirdi: AZARKEŞLƏRDƏN MİLLİYƏ BOYKOT

Rahid Əmirquliyev: "Milli ruh, istək görünmür"

Çexiya - İngiltərə matçını Elçin Məsiyev idarə edəcək

Seçilən
70
2
apasport.az

3Mənbələr