AZ

İrana təcili eniş edən AZAL-ın təyyarəsi Bakıya qayıtdı - Yenilənib

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.

Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.

***

İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq Bakıya qayıdıb.

Həcc ziyarətində olmuş zəvvarların ilk qrupunu daşıyan “hava gəmisi” təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş həyata keçirib.

Seçilən
3
34
qafqazinfo.az

10Mənbələr