AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLİR

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 14 və 16 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib.

Qeyd edilib ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Bizim.Media

Seçilən
65
49
bizim.media

10Mənbələr