Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti matçını keçirib.
Offsideplus.az xəbər verir ki, Mərdəkanda baş tutacaq oyunda rəqib Macarıstan kollektivi olub.
Bu, baş məşqçi Fernandu Santuşun yığmamızda 10-cu oyunu olub. Portuqaliyalı çalışdırıcı arxada qalan 9 qarşılaşmanın heç birində qələbə sevinci yaşaya bilməmişdi: 2 heç-heçə, 7 məğlubiyyət.
Daha bir xoşagəlməz statistika isə indiyədək macarlara qarşı keçirdiyimiz 7 oyunun hamısında uduzmağımızla bağlı idi.
Təəssüf ki, milli komandamız yenə məğlubiyyətlə üzləşib.
10 iyun
Beynəlxalq yoldaşlıq görüşü
Azərbaycan - Macarıstan 1:2
Renat Dadaşov, 7 - Barnabas Varqa, 5; Dominik Şoboslay, 33
Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə, Rəhman Daşdəmirov, Cəlal Hüseynov (Nəriman Axundzadə, 55), Abbas Hüseynov, Elvin Cəfərquliyev (Toral Bayramov, 55), İsmayıl İbrahimli (Rauf Rüstəmli, 85), Emin Mahmudov (k), Anatoli Nuriyev (Səbuhi Abdullazadə, 68), Mahir Emreli (Xəyal Əliyev, 68), Renat Dadaşov (Musa Qurbanlı, 68)
Macarıstan: Balaş Tot, Vili Orban, Loik Neqo, Marton Dardai, Andras Şafer, Bendequz Bolla, Zolt Nagi, Aleks Tot, Roland Şallai, Dominik Şoboslay (k), Barnabas Varqa
"Liv Bona Dea Arena". Saat 20:00
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)