Səbail rayonu, Badamdar qəsəbəsində asfaltqaşıyan texnika yeraltı ortatəzyiqli qaz xəttini zədələyib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qaz sızmasının qarşısını almaq məqsədilə qaz təchizatı dayandırılıb.
Bununla əlaqədar olaraq A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M.Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.