Ajans.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında belə yazıb. O bildirib ki, bütün bunlara “indi reaksiya vermək lazımdır”. Əks halda, Seulu və Tokionu da təhlükə gözləyəcək. V.Zelenski yazıb ki, Rusiyanın bugünkü zərbəsi nəticəsində Ukraynanın müxtəlif regionlarında yaşayış evlərinə ziyan dəyib, Odessada doğum evi zərər görüb, Odessa kinostudiyası yararsız hala düşüb, paytaxtda isə Sofiya Kiyevskaya kilsəsinin fasadı dağılıb.

Ukrayna Prezidenti qeyd edib: “Buna reaksiya vermək lazımdır. Onları dayandırmaq vacibdir, bu, təkcə bizim – Ukrayna üçün yox, bütün dünya üçün zəruridir – Rusiya sülhə məcbur edilərsə, bundan bütün dünya qazanacaq”.